Əsas məzmuna keç

Əl-İsra surəsi - 59-cu Ayə

Surə 17
Ayə 59

Azərbaycan dilində tərcümə

Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
Əl-İsra surəsi , 59-cu ayə
Əl-İsra surəsi 59-cu ayə
Tam Surə

Əl-İsra surəsi 59-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 59

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Ayə və möcüzələr göndərməyimizə yalnız keçmiş ümmətlərin təkzibi mane oldu. Biz Səmud qövmünə (düşüncələri) aydınladan dişi bir dəvə verdik. Amma ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndərərik.”
Nöqtələr
Bəhanəcil Məkkə kafirləri Peyğəmbərdən (s) çoxsaylı möcüzələr istədilər. Onlar hətta Məkkə dağlarının qızıla çevrilməsi arzusunda idilər. Bəzən də dağların yerinin dəyişməsini və əkin sahəsinin cücərməsini tələb edirdilər. Allah-təala buyurur ki, tarixi təcrübəyə əsasən, inadkar kafirlər bu nişanələri də görsələr, iman gətirməzlər. Yaranış nizamı inadkar insanların istəkləri əsasında dəyişməz. Əgər xalqın istəyi ilə möcüzə göstərilsə və xalq bu möcüzəyə qarşı küfr etsə, onların dünya əzabı qətiləşər.
Dəvə adi bir heyvandır. Amma Allah Salehin dəvəsi haqqında "Allahın dəvəsi” təbirini işlədir. Çünki Allaha aid olan hər şey müqəddəsdir. Quranda hətta Əbu-Ləhəbin adına belə dəstəmazsız toxunmaq olmaz.
Bildirişlər
1.Peyğəmbərlər rəngarəng möcüzələrinə baxmayaraq, inadkar insanların sıxıntısına məruz qalırdılar.
2. Allah hər işə qadirdir, amma Onun işi xalqın həvəsinə yox, hikmətə bağlıdır.
3. Müqəddəsliklərin təhqiri, möcüzələrin təkzibi ilahi qəhr-qəzəb və əzabla sonuclanır.
4. Allah tərəfindən olan və ilahi rəngə malik hər şeyə münasibət fərqlidir.
5. Möcüzələr xalqın tanınması və ona xəbərdarlıq üçündür.