Əsas məzmuna keç

Əl-İsra surəsi - 62-ci Ayə

Surə 17
Ayə 62

Azərbaycan dilində tərcümə

(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)
Əl-İsra surəsi , 62-ci ayə
Əl-İsra surəsi 62-ci ayə
Tam Surə

Əl-İsra surəsi 62-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 62

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"İblis dedi: "De görüm, məndən əziz tutduğun kəs budurmu? Əgər qiyamətə qədər mənə möhlət versən, şübhəsiz, az bir qismi istisna olmaqla onun nəslini cilovlayıb, hökmüm altına çəkərəm.”
Nöqtələr
"Ərəəytə” sözü "mənə xəbər ver” mənasını, "Əhtənikənnə” isə "hənək” sözündən olub heyvanı çəkmək üçün onun boynuna atılan ipi bildirir. "İhtinak” sözü kökdən qoparmaq və tam hakim olmaq mənasını verir.("Bihar”, c. 101, s. 136 )
Bildirişlər
1. Özünəpərəstiş insanı Allah qarşısında tüğyana sövq edir.
2. Var-dövlət və məqama əsir olmamaq ən çətin imtahanlardandır. (Böyük şəxsiyyətlər bildirirlər ki, insanın özünütərbiyəsində qurtulmalı son şey cah-cəlal və məqamdır.)
3. İblis həm qiyamətdən xəbərdar idi, həm də qiyamətin bərpasına inanırdı.
4. Həsəd tədricən kin-küdurətə və başqalarına qarşı müxalifliyə çevrilir.
5. Bir qisim həsəd və kin-küdurət gələcək nəsilləri də əhatə edir.
6. İnsan şeytani vəsvəsələr qarşısında azad buraxılıb və onun seçim imkanı var.
7. İnsanların bəziləri İblisin əsarətindən amandadırlar.