NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 64
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"(Ey şeytan,) insanlardan bacardığını öz səsinlə büdrət, süvari və piyada qüvvələrini onların ziddinə qaldır. Onların mallarına və övladlarına şərik ol, onlara vəd ver. Şeytan onlara yalandan başqa bir vəd vermir.”
Nöqtələr
"İstifzaz” dedikdə sürətlə büdrətmək və ya sürüşdürmək, cəldlik və təkan vurmaq mənaları başa düşülür.
İblis insanı aldatmaq üçün yalnız bir qapıdan daxil olmur. O, təbliğatlar, vədlər, arzular, vəsvəsələr, yaxınlıqlar vasitəsi ilə piyada və süvari halda insanı mühasirəyə alır. Bu arada bir dəstə insan ona qoşulur.
Nə danışdığından və ya haqqında nə danışıldığından qorxmayan, istənilən bir işə əl atıb açıq və ya gizli şəkildə günah edən kəs şeytana şərikdir.(Bax: "Nəhl”, 99 ) Eləcə də haram tikə, haram yemək, zina, pis övlad və nəsil tərbiyə etmək şeytana şəriklik hallarındandır.(Bax: "Əraf”, 201)
Qeyri-sağlam istehsal və istehlak, ölü kapital toplamaq, xarici şirkət və müəssisələrin investisiyası, xaricilərin elmi-mədəni mərkəzlər təşkil etməsi, beynəlmiləl müsabiqələr bir növ şeytanın iştirakı ilə keçirilir.
Bildirişlər
1. İblisin qüdrəti məhduddur.
2. Xalqın yolunu azmasında puç təbliğatın rolu var.
3. Düşmənin təbliğat və ideoloji hücumları hərbi hücumlardan təhlükəlidir. Ayədə öncə çağırış, sonra güc vasitəsi xatırlanır.
Şeytan öncə təbliğatla insandakı tövhid, təkallahçılıq amilini aradan götürür, sonra silah çəkib hücuma keçir.
4. İblisin həm özü, həm də qoşunu azğınlığa aparır.
5. Şeytanın qaydası pusquda oturmaq, cəzb edib oğurlamaqdır.
6. İblisin iştirakı mal və övladdan başlayır, haram və şübhəli tikə, zinayadək davam edir.
7. Allah bəzən insana lütf yox, bir növ qəzəb olaraq ixtiyar verir.
8. İnsanın arzuları şeytanın nüfuzu üçün zəmindir. Şeytan boş vədləri ilə bu arzuları gücləndirir.
9. Şeytan yalandan əlavə, günaha don geydirir, şəfaət vədi verərək tövbəni təxirə salır.