Əsas məzmuna keç

Əl-İsra surəsi - 65-ci Ayə

Surə 17
Ayə 65

Azərbaycan dilində tərcümə

Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
Əl-İsra surəsi , 65-ci ayə
Əl-İsra surəsi 65-ci ayə
Tam Surə

Əl-İsra surəsi 65-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 65

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Həqiqətən, Mənim (xalis) bəndələrim üzərində sənin hökmün yoxdur. Rəbbinin (onlara) vəkil olması yetər.”
Nöqtələr
Bütün insanlar Allahın bəndəsi olsa da, Allah bəzi bəndələrinə hörmət olaraq onları Özünə aid edir. Belə bir halla başqa mövcudlara münasibətdə də rastlaşırıq.
Digər bir ayədə Allahın bəndələri iman və təvəkkül kimi səciyyələrlə tanıtdırılır. Belələri üzərində şeytanın hökmü yoxdur.("Bihar”, c. 63, s. 268; c. 53, s. 182 ) Əlbəttə ki, şeytan onlara da vəsvəsə edir, yaxınlaşır. Amma onlar xəbərdar olub müqavimət göstərirlər.(Bax: "Hucurat”, 13; "Tin”, 4 )
Hədisdə deyilir: "Azan və namaz şeytanı qovma amilidir.”("Təfsiri-Nurus-Səqəleyn” )
Bildirişlər
1. Allahın həqiqi bəndələri azdır. 62-ci ayədə oxuduq ki, İblis deyir: "Az bir hissə istisna olmaqla, bütün xalqı azdıraram.”
2. Allaha bəndəlik insanı İblisin təbliğ və hücumlarından qoruyur. Bəli, sonsuz qüdrətə sığınanlara nüfuz yolu yoxdur.
3. İnsan azad buraxılıb. O, İblisin hücumları qarşısında iman və bəndəliyə sığınmaqla müqavimət göstərə bilər.
4. Allah Ona bəndə olan kəsin vəkili, qoruyanı və hamisidir.
5. Peyğəmbər (s) Allahın xüsusi himayəsində olduğundan şeytanın nüfuzundan amandadır.