NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Şübhəsiz, bu Quranda xalq üçün hər cür misal çəkdik. Amma xalqın çoxu boyun qaçırdı və işi yalnız inkar oldu!”
Bildirişlər
1. Quranın çeşidli və fərqli bəyanı onun ecazlarındandır.
2. Allah Quran ayələri ilə xalqa höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir.
3. Yeknəsəqlik yorucudur, dəvət çeşidli olmalıdır.
4. Hidayət kitabı hamı üçün anlaşıqlı olmalıdır.
5. Təlim-tərbiyənin ən üstün yollarından biri məsəllər və təmsillərin bəyanıdır.
6. Xalq fərqlidir və rəngarəng misallar bəyan olunan mətləbləri bütün dəstələr üçün aydınlaşdıra bilər.
7. Xalqın inkarının səbəbi höccətin, dəlillərin tamamlanmaması yox, onların inadkarlığıdır.
8. Çoxluq haqlılıq nişanəsi deyil.