Əsas məzmuna keç

Əl-İsra surəsi - 87-ci Ayə

Surə 17
Ayə 87

Azərbaycan dilində tərcümə

Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.
Əl-İsra surəsi , 87-ci ayə
Əl-İsra surəsi 87-ci ayə
Tam Surə

Əl-İsra surəsi 87-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 87

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Rəbbinin rəhmətindən savay (müdafiəçi tapmayacaqsan). Şübhəsiz, Allahın sənə olan fəzli böyükdür.”
Nöqtələr
86-cı ayədə Peyğəmbərə (s) xəbərdarlıq olunur ki, Allah əta etsə, istədiyi vaxt geri ala bilər. (Bəli, yaratmaq və öldürmək, izzət və zillət, hidayət və zəlalət, həyat və ölüm, yardım və xarlıq Onun əlindədir). 87-ci ayədə isə təşviq dili ilə danışılır.
Quran, vəhy, nübuvvət, xatəmiyyət, şəfaət Allahın Peyğəmbərə (s) münasibətdə fəzilləridir. Allah bacarsa da Öz verdiklərini ondan almır. Belə bir əta Allahın rübubiyyət məqamından qaynaqlanır. Halbuki bütün ətalarını geri almaq qüdrətindədir.
Bildirişlər
1. Nemətlərin Allah tərəfindən verildiyini anlayaq və qürrələnməyək. Çünki nemətlərin davamı və ya kəsilməsi Onun iradəsindən asılıdır.
2. Allahın qəhr-qəzəbi qarşısında kimsənin rolu yoxdur.
3. Asimani kitabların və vəhyin nazil olması Allahın rübubiyyət şənindəndir və insanların tərbiyəsinə yönəldilmişdir.
4. Quran böyük ilahi fəzldir. Allah böyük və uca olduğundan Onun lütfü də böyükdür. Onun ən böyük fəzli Peyğəmbərə (s) məxsusdur.