Əsas məzmuna keç

Əl-İsra surəsi - 93-cü Ayə

Surə 17
Ayə 93

Azərbaycan dilində tərcümə

«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).
Əl-İsra surəsi , 93-cü ayə
Əl-İsra surəsi 93-cü ayə
Tam Surə

Əl-İsra surəsi 93-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 93

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Ya zər-zivərdən evin olsun, ya səmaya uç; bizim oxumağımız üçün səmadan kitab endirməyincə sənə iman gətirmərik.” De ki, mənim Rəbbim pak-pakizədir. Məgər mən göndərilmiş bir bəşər deyiləm?!”
Nöqtələr
"Kəma zəəmtə” "Səba” surəsinin 9-cu ayəsində qeyd olunmuş xəbərdarlıq və əzab vədinə işarədir.
Möcüzə Allahın rübubiyyət şənindəndir. İlahi istək və hikmət möcüzə qaynağıdır. Möcüzənin məqsədli olması onun şərtlərindəndir. Kafirlər, bu ayədə bəyan olunduğu kimi, Peyğəmbərə (s) yersiz istəklərlə müraciət edirdilər. Səmanın süqutu hamının məhvi ilə nəticələnər, həmin vaxt iman gətirmək üçün kimsə qalmaz. Allah və mələklərin önə gətirilməsi də mümkünsüzdür. Çünki onlar cisim deyil və biz onları müşahidə edə bilmərik.
Bildirişlər
1. Kafirlər inadkar və ədəbsizdirlər. "Kəma zəəmtə” və "lən numinə” təbirləri ədəbsizlik nümunələridir.
2. Kafirlər peyğəmbərlərin xəbərdarlıqlarını ciddi qəbul etmir, onlara inanmırdılar.
3. Mümkünsüz və boş istəklər qəbul olunmur.
4. Müşriklərin hissə meyli onların yersiz istəklərinin dəlilidir.