Əsas məzmuna keç

Əl-İsra surəsi - 94-cü Ayə

Surə 17
Ayə 94

Azərbaycan dilində tərcümə

İnsanlara hidayət (Peyğəmbərin və Qur’anın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
Əl-İsra surəsi , 94-cü ayə
Əl-İsra surəsi 94-cü ayə
Tam Surə

Əl-İsra surəsi 94-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 94

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"O zaman ki, hidayət (doğru yola dəvət) xalqın sorağına gəldi, xalqı iman gətirməkdən saxlayan olmadı. Yalnız belə dedilər: "Məgər Allah peyğəmbər olaraq bir insan seçmişdirmi?”
Nöqtələr
Düzgün məntiqdən məhrum insanlar güclü nöqtəni zəif nöqtə sayırlar. Peyğəmbərin bəşər növündən olması onun üçün zəiflik yox, qüvvə sayılmalıdır. Çünki o, istəklərə, meyllərə və çətinliklərə malik olduğundan insanların dərdini dərk edir, əməli nümunə ola bilir. Peyğəmbər öz həmnövləri üçün faydalı nüsxə vermək imkanındadır.
Quran ayələrinə əsasən kafirlər iman gətirməmək üçün müəyyən bəhanələr gətirirdilər:
a) Nə üçün peyğəmbərlər də bizim kimi insandır?
Cavab: Ən gözəl təbliğ odur ki, əməli nümunə və ideal təqdim olunsun.
b) Əgər peyğəmbərin insan növündən olması müəyyənləşmişsə, nə üçün filankəs peyğəmbər olmasın?
Cavab: İnsanlar öz gümanları və maddi meyarlar əsasında münasibət göstərirlər. Vəhyi qəbul etmək üçün isə əsas şərt ləyaqətdir.
v) Nə üçün özümüz peyğəmbər olmayaq?
Cavab: Peyğəmbərlik olduqca uca məqamdır. Bu məqam hətta mələklərin məqamından ucadır. Müsbət keçmişi olmayan insan peyğəmbərliyə layiq deyil.
q) Nə üçün mələklər bizim özümüzə nazil olmur?
Cavab mələklər yalnız günahsız insanlara nazil olur. Adi insanlar yalana yol verdiyindən gündəlik yalanları da vəhy adı ilə təqdim edə bilərlər.
Bildirişlər
1. Kafirlər bəhanəçi və məntiqsizdirlər. Onların bəhanəsi bu idi ki, nə üçün peyğəmbər onlar kimi insandır?
2. Peyğəmbərlər xalqın hidayət və tərbiyəsi üçün gəlirdilər.
3. Şəxsiyyət və kəramət cahil insan üçün qaranlıq olduğundan, o elə düşünürdü ki, insan peyğəmbərliyə layiq məxluq deyil.