Əsas məzmuna keç

Əl-İsra surəsi - 95-ci Ayə

Surə 17
Ayə 95

Azərbaycan dilində tərcümə

De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).
Əl-İsra surəsi , 95-ci ayə
Əl-İsra surəsi 95-ci ayə
Tam Surə

Əl-İsra surəsi 95-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 95

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, əgər yer üzündə arxayınlıq və aramlıqla yol gedən mələklər olsaydı, hər halda onlara səmadan peyğəmbər olaraq bir mələk göndərərdik.”
Nöqtələr
Ayədə peyğəmbərin insan olmasına etiraz edənlərin baxışı rədd edilir və buyurulur: "Peyğəmbərin göndərilməsi ilahi sünnə və dini zərurətdir. Əgər bütün yer əhli mələk olsaydı və onların arasında heç bir ixtilaf düşməsəydi, hamılıqla aram və rifah içində yaşasaydılar, yenə də onlara öz cinslərindən bir peyğəmbər gələrdi. Peyğəmbərlərin vəzifəsi yalnız düşmənçiliyi aradan qaldırmaq yox, mənəvi təkamülü təmin etmək və nümunə göstərməkdir.
Bildirişlər
1. Xalq rəhbərdən nümunə götürməli olduğundan insan üçün insan, mələk üçün mələk peyğəmbər gəlməlidir.
2. Risalət və peyğəmbərlik Allah tərəfindən qəbul olunur və bu istiqamətdə seçim yoxdur.