Əsas məzmuna keç

Əl-Maidə surəsi - 109-cu Ayə

Surə 5
Ayə 109

Azərbaycan dilində tərcümə

(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».
Əl-Maidə surəsi , 109-cu ayə
Əl-Maidə surəsi 109-cu ayə
Tam Surə

Əl-Maidə surəsi 109-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 109

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bir gün Allah peyğəmbərləri toplayar və deyər: "Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: "Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!”
Nöqtələr
İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Öz peyğəmbərlərindən onların canişinləri haqqında soruşar. Onun rəsulları da öz növbələrində cavab verərlər ki, biz bizdən sonra canişinlərimizə münasibətdə görülən işlərdən xəbərsizik.” 
Həqiqi elm Allaha məxsusdur. Kimin elmi varsa, həmin elm Allahdandır. Necə ki, qeybi yalnız O bilir və bu elmi istədiyinə verir.
Bildirişlər
1. Qiyamətdə peyğəmbərlərdən soruşular ki, xalq onlarla necə rəftar etdi?
2. Peyğəmbərlərin elmi ilahi elmlə müqayisədə heç nədir.