NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Xatırla,) o zaman ki, həvarilərə (həzrət İsanın xüsusi yoldaşlarına) "iman gətirin” deyə vəhy göndərdik, dedilər: İman gətirmişik və şahid ol ki, biz (müsəlman) təslim olmuşuq.”
Nöqtələr
Həvarilərə vəhy göndərilməsi onların qəlbinə ilham edilməsi mənasında ola bilər. Burada həzrət İsa vasitəsi ilə vəhy göndərilməsi nəzərdə tutulmur. Çünki İmam Sadiq (ə) bu vəhy haqqında buyurmuşdur: "Yəni onlara ilham olundu.”
İmam Rizanın (ə) buyruğuna əsasən, həvarilərin sayı on iki olmuşdur. Onlar daxilən pak olduqlarından, moizə və xatırlatmalarla cəmiyyəti günahdan təmizlədiklərindən «həvariyyun» adlandırılmışlar.
Bildirişlər
1. Bəzən Allah hazırlıqlı qəlblərə ilham edir.
2. Allaha iman rəsula imandan ayrı deyil.
3. Hidayət batini və ilahi olanda dərindən və dərhal təsir edir.
4. Daxilən ilahi nursuz hidayət ya təsirsizdir, ya az təsirlidir, ya da davamsız.
5. Xalqa ilahi ilham vəhyə qarşı yox, onun təsdiqi üçündür.
6. Daxili iman nişanələrindən biri imanı dildə izhar etməkdir. Qəlb imanı zahiri şüarların dayağı olduğu kimi!