Əsas məzmuna keç

Əl-Maidə surəsi - 21-ci Ayə

Surə 5
Ayə 21

Azərbaycan dilində tərcümə

«Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız.»
Əl-Maidə surəsi , 21-ci ayə
Əl-Maidə surəsi 21-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 21-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 21

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Musa buyurdu:) Ey mənim qövmüm! Allahın sizin üçün müəyyənləşdirdiyi müqəddəs torpağa varid olun və ziyankarlardan olmamaq üçün geriyə dönməyin.”
Nöqtələr
«Müqəddəs yer» dedikdə ya bütün Suriya, İordaniya, Fələstin məntəqəsi, ya da təkcə Beytül-müqəddəs nəzərdə tutulur.
«Geriyə dönməmək» deyildikdə ya ilahi göstərişlərə arxa çevirməmək, ya da haqq yolda dayanmamaq nəzərdə tutulur.
Bildirişlər
1. Rəhbər və xalqın rabitəsi dərin və qəlbən olmalıdır.
2. Müqəddəs torpaqlar azğınların çəngindən xilas edilməlidir.
3. Yer üzündəki bütün məntəqələr eyni deyil. Bəzi yerlərin müqəddəsliyi var.
4. Savaşda geri çəkilməmək əmri Bəni-İsrailin üsyankar ruhiyyəsini göstərir.
5. Cəbhədən qaçmaq haramdır.
6. İlahi nemətlərdən faydalanmağın məsuliyyəti var.
7. Müqəddəs məkanlardan məhrumluq ziyankarlıq nümunələrindəndir.