Əsas məzmuna keç

Əl-Maidə surəsi - 37-ci Ayə

Surə 5
Ayə 37

Azərbaycan dilində tərcümə

Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.
Əl-Maidə surəsi , 37-ci ayə
Əl-Maidə surəsi 37-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 37-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 37

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar cəhənnəm odundan çıxmaq istəyirlər. Halbuki oradan çıxası deyillər və onlar üçün daimi əzab var.”
Nöqtələr
Qiyamətdə bütün qurtuluş yolları bağlanmışdır. İlahi rəhmət təqva sahiblərinə məxsus olduğundan kafirlər nə ilahi rəhmətdən bəhrələnərlər  və həmçinin şəfaət Allahın razı qaldığı kəslərə məxsus olduğundan,  nə də şəfaətdən kam alarlar. Bundan əlavə, qiyamətdə ölümdən xəbər yoxdur. Çünki od daimidir və ölüm haqqında istəklər qəbul olunmur. 
Bildirişlər
1. Var-dövlət yalnız dünyada kara gəlir. Axirətdə sərvətin heç bir səmərəsi yoxdur.
2. Qiyamət günü ilahi mühakimədə fidyə (günahın əvəzində cərimə) qəbul olunmur.
3. Səadətin əsl amili insandan kənarda (mal və sərvətdə) yox, insanın batinindədir. (İman, təqva, cihad)
4. Kafirlərin əzabı nə fidyə verməklə aradan qalxar, nə də zaman ötdükcə tükənər.
5. Dünyada bir belə xəbərdarlıq və təbliğatla şirk və cəhalət zülmətindən çıxmayan insan axirətdə də cəhənnəmdən çıxmayacaq.