Əsas məzmuna keç

Əl-Maidə surəsi - 39-cu Ayə

Surə 5
Ayə 39

Azərbaycan dilində tərcümə

(əqidə və əməlini">(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Əl-Maidə surəsi , 39-cu ayə
Əl-Maidə surəsi 39-cu ayə
Tam Surə

Əl-Maidə surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Hər kəs öz zülmündən sonra tövbə etsə və (öz pisliklərini) islah etsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
İslamda cəza dəvət, tərbiyə və rəhmətlə yanaşıdır. Ötən ayədə oğrunun cəzası bəyan oldu. Burada bağışlayan Allahın dərgahına tövbəyə, çirkinliyin islahına dəvət olunur. Bu qayıdış ilahi lütfün nazil olması səbəbidir.
Əgər oğru həbs olunmamışdan qabaq tövbə etsə, oğuruladığı malı qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanar.  Həbs olunduqdan sonra isə oğru cəzalandırılır və onun tövbəsi yalnız qiyamətdə təsirli olur.
Hədisdə deyilir: "Əli kəsilmiş bir oğru həzrət Peyğəmbərdən (s) soruşdu: "Mənin üçün tövbə yolu varmı?” Həzrət buyurdu:
"Bəli! Sən bu gün (cəzanı aldıqdan sonra) anadan doğulduğun gündə olduğun kimisən.” 
Bildirişlər
1. Xatakar insan üçün qayıdış və islah yolu həmişə açıqdır.
2. Tövbə təkcə daxili bir peşmançılıq deyil. Tövbə edərkən keçmişdəki günahları da yumaq lazımdır.
3. Əgər insan tövbə qılsa, Allah onun tövbəsini qəbul edər.
4. Oğurluq insanın özünə, cəmiyyətə zülm, ictimai asayişə təcavüzdür.
5. Günahkarları Allahın yoluna çağırmaq və onlara ümid vermək lazımdır.