Əsas məzmuna keç

Əl-Maidə surəsi - 43-cü Ayə

Surə 5
Ayə 43

Azərbaycan dilində tərcümə

Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.
Əl-Maidə surəsi , 43-cü ayə
Əl-Maidə surəsi 43-cü ayə
Tam Surə

Əl-Maidə surəsi 43-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 43

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Yəhudilər) Tövrat əllərində ikən və Allahın hökmü onda varkən nə üçün səni hakim qərar verirlər? Sonra isə sən də o kitaba uyğun hökm verdikdə) üz döndərirlər. Onlar mömin deyillər.”
Nöqtələr
Əvvəlki ayədə qeyd etdiyimiz kimi, yəhudilər İslam peyğəmbərinə ona görə müraciət edirdilər ki, öz cəzalarını yüngülləşdirmişlər. Tövrat əllərində olduqları halda onlar daha yüngül qanun gəzirdilər.
Bildirişlər
1.Tövrat bütövlükdə təhrif olunmamışdır.
2. Ey kaş kitab əhli öz ilahi kitabının hökmlərinə sədaqətli olaydı!
3. Qövm üçün mühüm olan şey qanuna iman və vəzifəyə əməl yox, qanunun yüngülləşdirilməsidir. (Bu məqsədlə də Tövrat qanunlarını qoyub, cəzadan qurtulmaq üçün İslam peyğəmbərinə üz tuturdular.)
4. Yalnız qanun qarşısında təslimçilik iman əlamətidir.