NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onda (Tövratda) onlar üçün qərarlaşdırdıq ki, (qisasda) can əvəzində can, göz əvəzində göz, burun əvəzində burun, qulaq əvəzində qulaq, diş əvəzində diş olsun. Bütün yaralar üçün də (yenə həmin tərtib və ölçüdə) qisasdır. Hər kəs onu sədəqə etsə (bağışlasa), günahlarının kəffarəsi sayılar. Allahın nazil etdiyi əsasında hökm etməyən kəslər həmin sitəmkarlardır.”
Nöqtələr
◘Əvvəlki ayədə deyildi ki, Tövrat hidayət və nurdur. Bu ayədə isə qisas
qanunu açıqlanmışdır. Bəlkə də bunun səbəbi qisas qanununun cəmiyyətdə nur və
hidayət amili olmasıdır. Necə ki, digər ayədə oxuyuruq: “Qisasda sizin üçün həyat
var.”
◘Ayədə göz, qulaq kimi əzaların adı nümunə olaraq çəkilir. Əslində istənilən
bir üzvə zərər vurulmasının qisası var.
◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Allah qisasdan bağışlanan
qədər insanın günahlarını bağışlayar.”
◘Tövratda diyə (yetirilən xəsarətə görə ödənc) yoxdur. Günahkardan ya qisas
alınır, ya da o bağışlanılır. Amma İslamda üçüncü bir yol kimi diyə yolu
göstərilir.
Bildirişlər
1. İnsanlar millətindən, qəbiləsindən, varlı-kasıb olmasından asılı olmayaraq
qanun qarşısında eynidirlər. Heç kəsin qanı başqalarınınkından üstün deyil. (Qisas
hökmündə qadınla kişi arasında fərq var. Bu fərqlərin hikməti fiqh kitablarında
bəyan olunmuşdur.)
2. Əvvəlki dinlərdə də qisas olmuşdur.
(İslam və digər dinlərdəki qanunlarda
oxşarlıq var.)
3. Sədəqə təkcə mala aid deyil. Günahkarın bağışlanması da bir növ sədəqədir.
4. Biz günahkarı bağışlasaq, Allah da bizi bağışlayar. (Bəlkə də bizim əfvimiz
günahkarın günahlarının kəffarəsi olsun və o bizim əfvimizə xatir qiyamətdə
cəzalandırılmasın.)
5. İslamda cəzadan əlavə əxlaqi məsələlər də bəyan olunmuşdur.
6. İqtisadi cərimə və həbs günahkarı günahdan saxlamaq üçün bəs etmir.
7. Əgər Allahın hökmü həyata keçməzsə, zülm cəmiyyəti bürüyər.