Əsas məzmuna keç

Əl-Maidə surəsi - 79-cu Ayə

Surə 5
Ayə 79

Azərbaycan dilində tərcümə

Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.
Əl-Maidə surəsi , 79-cu ayə
Əl-Maidə surəsi 79-cu ayə
Tam Surə

Əl-Maidə surəsi 79-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 79

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar bir-birlərini gördükləri pisliklərdən çəkindirmirdilər. (Nəhy əz münkər etmirdilər.) Doğrusu, gördükləri iş necə də pisdir!”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Allah-təalanın bu ayədə məzəmmət etdiyi Bəni-İsrail dəstəsi günah məclisinə daxil olmasalar da, günahkarları gördükdə onlarla xoş davranırdılar. 
Digər bir rəvayətdə Həzrət Əlidən (ə) belə nəql olunur: "Bəni-İsrail zalımların günaha batdığını görsə də, onlardan faydalandığı üçün nəhy əz münkər etmirdi. (Qorxurdular ki, mənafeləri əldən çıxsın.) Allah onları pislikləri ilə xatırlayır. 
Bildirişlər
1. Fitnə-fəsada biganə qalanlar peyğəmbərlər tərəfindən lənətlənmişlər.
2. Nəhy əz münkər yalnız İslam dininə məxsus deyil.
3. Nəhy əz münkər əhatəli və ümumi bir vəzifədir.
4. Bəni-İsrail və yəhudi cəmiyyətində fitnə-fəsad rəvac tapmışdır.
5. Əmr be mərufun tərk olunması küfrə zəmin yaradır.