Əsas məzmuna keç

Əl-Maidə surəsi - 81-ci Ayə

Surə 5
Ayə 81

Azərbaycan dilində tərcümə

Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Əl-Maidə surəsi , 81-ci ayə
Əl-Maidə surəsi 81-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 81-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 81

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər, heç vaxt onları (kafirləri) sevməzdilər. Amma onların bir çoxu günahkarlardır.”
Nöqtələr
Bu ayənin mənası haqqında bir neçə ehtimal var:
a) Əgər yəhudilər müsəlman olsaydılar, kafirləri özlərinə rəhbər seçməzdilər. 
b) Əgər yəhudilər Musa və Tövrata iman gətirsəydilər, heç vaxt müşriklərə tabe olmazdılar. 
v) Əgər kafirlər və müşriklər müsəlman olsaydılar, yəhudilər onları özünə dost seçməzdi. 
Amma əvvəlki ayələrə əsasən, zahirdə belə görünür ki, birinci ehtimal həqiqətə daha çox uyğundur.
Bildirişlər
1. Kitab əhlinin iman gətirməsi o qədər inanılmazdır ki, bir arzu olaraq qalır. ("Ləv” sözü mümkünsüz işlərlə bağlı istifadə olunur. Məsələn, qoca kişinin cavan olmaq arzusu kimi.)
2. Allah və peyğəmbərə qəlbən inamlı olan kəs Allahdan qeyrisinin hakimiyyətini qəbul etməklə razılaşmır. (Gerçək istiqlaliyyət əldə etmək yolu kafirlərin hakimiyyətindən çıxmaq və imandır.)
3. Fəsad və imansızlıq kafirlərin hakimiyyətinin qəbul edilmə səbəbidir.
4. İman kafirlərin hakimiyyətinin qəbul edilməsi ilə bir araya sığmır. İstibdadı qəbul edən sazişçi kəs dinsiz və günahkardır.
5. Azğınlıq imanla bir araya sığmır.