Əsas məzmuna keç

Əl-Maidə surəsi - 86-cı Ayə

Surə 5
Ayə 86

Azərbaycan dilində tərcümə

Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.
Əl-Maidə surəsi , 86-cı ayə
Əl-Maidə surəsi 86-cı ayə
Tam Surə

Əl-Maidə surəsi 86-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 86

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Kafir olub ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
Nöqtələr
Həqiqəti anladıqdan sonra şücaətlə, aşkar surətdə və sədaqətlə onu etiraf edənlər, öz dindaşlarından qorxmayanlar yaxşı əməl sahiblərinin ən üstünləridirlər. Çünki onlar həm özlərinə nicat verib cəhənnəm əzabından qurtulurlar, həm etiraf etməklə doğru yolu başqalarına göstərirlər.
Bildirişlər
1. Haqqı tanıdıqdan sonra onu rədd etmək üçün heç bir üzr, bəhanə qalmır.
2. Salehlərlə yoldaşlıq müqəddəs işdir.
3. Düzgün arzunun nişanəsi iman və əməldir.
4. Allaha iman vəhyə imandan ayrı deyil.
5. İmanın əvəzi behiştdir.
6. Kamal yollarından biri vicdana üz tutub onu sorğuya çəkməkdir. 
7. Tövhid, peyğəmbərin risaləti, Quranın haqq olmasını dillə etiraf etmək zəruridir.