NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
88. وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ
"Allahın sizə bəxş etdiyi halal və pak ruzilərdən yeyin. İman gətirdiyiniz Allahdan çəkinin.”
Nöqtələr
Quranda adətən "kulu” ("yeyin”) sözü digər əmrlərlə yanaşı buyurulur. Məsələn, "yeyin və şükür edin”, "yeyin və tüğyan etməyin”, "yeyin və layiqli iş görün”, "yeyin və yedirdin”, yeyin və israf etməyin”, "yeyin və şeytanın ardınca getməyin.”
Hədisdə nəql olunur ki, Allah xalqın ruzisini halaldan ayırmışdır. Hər kəs haram ruzi ardınca getsə onun halal ruzi payından kəsilər.
Bildirişlər
1. Halal maddi imkanlardan bəhrələnmə imanla zidd deyil. Kim maddiyyatın tərk olunmasını təqva sayırsa, yanılır.
2. Qidalanma məsələlərinə diqqət edin.” (Həm qazanc yolu, həm də məsrəf yolu halal olmalıdır.)
3. Ruzi yalnız Allahın əlindədir. Demək, tələskənliyin, hərisliyin, harama meylin faydası yoxdur.
4. Təqva iman şərtidir.