NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"(İsa dilə gəlib) dedi: «Mənəm Allahın bəndəsi, O mənə kitab əta edib və məni peyğəmbər qərar verib.»”
Nöqtələr
Həzrət Məryəm sükut orucu tutduğu üçün öz nəzirinə vəfalı qalıb bir söz demədən işarə etdi.
İsanın ilk sözü Allaha bəndəliyi haqqında olsa da, ardıcılları çaşqınlığa düçar olub onu Allah və Allah övladı kimi tanıdılar.
İmam Baqirdən (ə) soruşuldu ki, həzrət İsa beşikdə də Allahın höccəti idimi? Həzrət buyurdu: ”İsa nəbi idi, amma mürsəl deyildi. Yeddi yaşına çatdığı vaxt ona risalət məqamı əta olundu.”("Məryəm”, 31)
İsa qısa bir cümlə ilə həm anasına atılan böhtanı aradan götürdü, həm öz gələcəyi haqqında danışdı, həm də xalqın gələcək vəzifəsinə işarə etdi.
Bildirişlər
1. Allah istəyəndə uşaq beşikdə dilə gəlib şayiələri, fitnələri aradan qaldırır.
2. Özümüzü tanıtdırarkən hər şeydən öncə Allaha bəndə olduğumuzu bildirək. Bu ən böyük iftixardır.
3. Bütün ilahi feyzlərin qaynağı Allaha bəndəlikdir.
4. Peyğəmbərlikdə (və imamətdə) hansısa yaş şərt qoyulmayıb.