Əsas məzmuna keç

Məryəm surəsi - 45-ci Ayə

Surə 19
Ayə 45

Azərbaycan dilində tərcümə

Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
Məryəm surəsi , 45-ci ayə
Məryəm surəsi 45-ci ayə
Tam Surə

Məryəm surəsi 45-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 45

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Ey ata! Həqiqətən, qorxuram ki, Rəhman tərəfindən sənə əzab gəlsin və şeytana dost olasan.”

Bildirişlər
1. Dəvət və təbliğdə daxili hisslərdən istifadə etməklə qəbul üçün zəmin yaradaq. (Bu ayələrdə "ey ata” müraciəti 4 dəfə işlədilmişdir.)
2. Peyğəmbərlər xalqa canıyanandırlar.
3. İnsan o qədər alçalır ki, rəhmət qaynağını qəzəbə vadar edir, Rəhman Allahı qəzəbləndirir.
4. Peyğəmbərlərin yaxınları da yolunu azdıqda ilahi əzaba düçar olur.
5. Doğru yolu tutmayan kəs şeytanın hakimiyyəti altına düşür.
6. Bir insanla dostuqsa, onun düşmənini dost tutmamalıyıq.