Əsas məzmuna keç

Məryəm surəsi - 46-cı Ayə

Surə 19
Ayə 46

Azərbaycan dilində tərcümə

Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
Məryəm surəsi , 46-cı ayə
Məryəm surəsi 46-cı ayə
Tam Surə

Məryəm surəsi 46-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 46

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Dedi: "Ey İbrahim! Yoxsa mənim tanrılarımdan zara gəlmisən? Əgər (bu yoldan) əl çəkməsən, şübhəsiz, səni daşqalaq edəcəyəm. (İndi isə) uzun müddətlik məndən uzaqlaş.”

Nöqtələr
"İmla” sözündən olan "məliyya” sözü uzun müddət möhlət vermək mənasını bildirir.
Bildirişlər
1. Bəzən əqidəni gizlətmək lazım gəlir. (İbrahim sanki həmin anadək əqidəsini öz əmisindən gizləyirdi. Çünki əmisi onunla təəccüblə danışırdı.)
2. Bu ayədə peyğəmbərə təsəlli verilir. Əgər sənin əmin Əbu-Ləhəb kafirdirsə, İbrahimin də əmisi kafir idi.
3. İnsan o qədər alçalır ki, haqq söz ona acı və təəccüblü gəlir.
4. Yaşca özündən kiçikdən haqq söz qəbul etməmək təkəbbür nişanəsidir.
5. Vahid şüurlu Allahı qəbul etməyən kəs bir neçə şüursuz məbudu qəbul edəsidir.
6. Haqqın bəyanı və batillə mübarizə məhrumiyyətlərlə sonuclanır.