Əsas məzmuna keç

Məryəm surəsi - 48-ci Ayə

Surə 19
Ayə 48

Azərbaycan dilində tərcümə

Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
Məryəm surəsi , 48-ci ayə
Məryəm surəsi 48-ci ayə
Tam Surə

Məryəm surəsi 48-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 48

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Mən sizdən və Allahdan başqa çağırdıqlarınızdan kənara çəkilib Rəbbimə dua edirəm. Ümid edirəm ki, Rəbbimi çağırdığım vaxt əliboş qalmayacağam.”

Nöqtələr
Azğın ailə içində yaşayan allahpərəst gənclər İbrahimin yolunu tutmalıdırlar. Onlar ədəblə dəvət etməli, məntiqi şəkildə canıyananlıq göstərməli, dua etməklə yanaşı qorxutmalı, bağışlanma diləməklə birlikdə salam verməli və ən sonda ayrılmalıdırlar.
Bildirişlər
1. Rabitələri qırmaq nəhy əz münkərin (pisliyə qadağanın) son mərhələlərindəndir. (İslah edə bilmədiyimiz günahkar mühitdən ən azı uzaqlaşaq.)
2. İlahi məktəblərin əsas prinsiplərindən biri kafirlərdən üz çevirməkdir.
3. Bəraət (azğınlıqdan zara gəlib üz çevirmək) vilayətdən (haqq hakimiyyətin qəbulundan) öndə gəlir. Öncə şirk və zalım hakimdən uzaqlaşmaq, sonra haqqa qatılmaq lazımdır.
Bəli, "Div çıxanda qapıdan, mələk olur nümayan.” Öncə "La ilahə” ("yoxdur məbud”) sonra "illəllah” ("Allahdan başqa”). Quranda əvvəlcə zalım qüvvənin inkarı, sonra Allaha iman bəyan olunur.(Ənam”, 76, 79.)
4. Əgər dualarımızın İbrahim duası olmasını istəyiriksə, azğın insanlardan və azğınlıq mərkəzlərindən uzaq olmalıyıq.
5. Duada "Rəbb” sözü ilə müraciət etməyin mühüm rolu var.
6. Mömin qorxu ilə ümid arasındadır. Qorxu qalib gəldikdə insan ümidsizləşir, ümid qalib gəldikdə insan tənbəl olur. Bu səbəbdən də qorxu ilə ümid arası orta halı qorumaq lazımdır.
7. Duanın qəbulu ilahi bir fəzldir.
8. Peyğəmbərlər də öz gələcəkləri ilə bağlı Allaha ümid edirlər.("Həcc”, 78)