NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 55
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Daim öz əhlini namaz və zəkata çağırardı və Rəbbinin razılığını qazanmışdı.”
Nöqtələr
Ayədə xatırlanan İsmail ya həzrət İbrahimin övladı İsmaildir, ya da Bəni-İsrail peyğəmbərlərindən olan İsmail ibn Hezqildir.
Bütün peyğəmbərlər sədaqətli olmuşlar. Amma bu xüsusiyyət İsmaildə özünü daha çox göstərmişdir. Nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) bir şəxslə Kəbə kənarında görüş təyin edir. Amma həmin şəxs verdiyi vədi unudur. Həzrət vəd yerində üç gün gözləyir. Nəhayət, həmin şəxsə xəbər çatır və gəlib üzrxahlıq edir.(Təfsire-nurus-səqəleyn”.)Peyğəmbər (s) başqa bir şəxslə günorta vaxtı görüşməyi qərarlaşdırdı. Həmin şəxs gəlmədiyi üçün həzrət qürub vaxtınadək görüş yerində dayandı.
Vədə vəfa qılmaq ilahi bir sifətdir.("Məryəm”, 6, 55.) Vədə xilaflıq isə nifaq nişanəsidir. Bir hədisdə oxuyuruq: "Münafiqin üç əlaməti var: Əmanətə xəyanət, yalan danışıq, vədə xilaflıq.("Təfsire-ətyəbul-bəyan”.)
Allahın razılıq məqamı (rizvan) peyğəmbərlərin ən böyük istəyidir.(Təfsire-ətyəbul-bəyan”.) Hədisdə oxuyuruq: "Behişt əhli behiştdə yerləşdikdən sonra onlara xitab olunar ki, başqa istəkləri varmı? Onlar deyər: "Pərvərdigara! Məqsədimiz Sənin razılığındır.”("Təfsire-Əl-mizan”. "Təfsire-nümunə”.)
Bildirişlər
1. İlahi insanlar haqqında xoş sözlər demək lazımdır.
2. İlahi şəxsiyyətlərin xatirəsi səthi və ötəri yox, dərin və davamlı olmalıdır.
3. İnsan davamlı mənəvi kamilliklərinə görə yada salınmalıdır.
4. Əhdə vəfa dəyərli insani sifətlərdəndir.
5. Peyğəmbərlərin ictimai məsuliyyətdən əlavə, ailə məsuliyyətləri də var.
6. Namaz və zəkata çağırış ailədə atanın vəzifələrindəndir. (Ailələrdə namaza çağırışla az-çox rastlaşsaq da, zəkat tövsiyə olunmur.)
7. Namaz və zəkata çağırış əmr be məruf (yaxşılığa əmr) nümunələrindəndir.
8. Namaz və zəkatın yetərincə uzun keçmişi var.
9. Namaz (Xaliqlə rabitə) və zəkat (məxluqla rabitə) bir-birindən ayrı deyil. (Kamillik üçün yalnız bədən ibadəti bəs etmir.)
10. Əmr be mərufa, namaza çağırışa yaxınlardan başlamaq lazımdır.
11. Namaza davamlı şəkildə dəvət etmək lazımdır.