Əsas məzmuna keç

Məryəm surəsi - 72-ci Ayə

Surə 19
Ayə 72

Azərbaycan dilində tərcümə

Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
Məryəm surəsi , 72-ci ayə
Məryəm surəsi 72-ci ayə
Tam Surə

Məryəm surəsi 72-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 72

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Sonra təqva əhlini (cəhənnəmdən) xilas edərik və zalımları diz çökmüş halda orada boşlayarıq.”

Nöqtələr
Nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: "Bütün insanlar oda daxil olar, sonra əməllərinə uyğun oradan xaric edilər. Bəziləri şimşək, bəziləri külək, bəziləri at kimi, bəziləri qaçaraq, bəziləri isə adi yerişlə oddan xaric olar.”("Təfsire-ətyəbul-bəyan”. )
Bildirişlər
1. Cəhənnəm təqva əhli üçün keçid, zalımlar üçün məskəndir.
2. Cəhənnəmdən yeganə qurtuluş yolu təqvadır.
3. Təqvasız insan zalımdır.
4. Zalımlar təhqirə layiqdirlər.