NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Günahkarları təşnə halda cəhənnəmə qovarıq.”
Nöqtələr
Ziyarət və ya dua üçün süvari halda yenicə varid olmuş dəstə "vəfd” adlandırılır. "Vird” sözü isə susuzluq, təşnəlik mənasını bildirir.
Bildirişlər
1. Qiyamət səhnələri xatırlanası səhnələrdir. Qiyamət təqvalılar və günahkarlar arasında fərqlərin zahir olduğu gündür.
2. Behişt və cəhənnəm əhlinin hərəkət forması çox mühümdür.
3. Pəhrizkarlar Allahın qonağıdırsa, günahkarlar zillət içində hərəkət edir. Birinci zümrə xüsusi dəbdəbə və mələklərin istiqbalı ilə behiştə daxil olur.("Taha”, 109. )
4. İlahi rəhmət behiştdən daha mühümdür. Behişt yalnız onun bir cilvəsidir.
5. Behiştin açarı ilahi təqvadır.