NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Həqiqətən, onlardan əvvəlkilər hiylə qurdular. Allahın qəhr-qəzəbi onların binalarının sütunları sorağına gəldi. Başlarının üzərindəki dam uçub töküldü və ilahi əzab gözləmədikləri yerdən yetişdi.”
Nöqtələr
Bu ayə həm fitnəkarlara xəbərdarlıq, həm də Peyğəmbərə (s) təsəllidir.
Bildirişlər
1. Haqq yolda daim qurğular qurulmuşdur.
2. Dinin bünövrəsi təhlükədə olduqda Allah Özü işə qarışır.
3. Din və məzhəb müxalifləri bilsinlər ki, onlar Allahla qarşı-qarşıya durmuşlar.
4. Harada dinin bünövrəsi təhlükədədirsə (ötən ayələrdə kafirlər vəhyi əsatir sayırdılar), müxaliflərlə bünövrəli rəftar edilməlidir.
5. Düşmənlə səthi yox, fundamental mübarizə aparılmalıdır ki, onların bütün ideoloji təşkilatları aradan götürülsün.
6. Allahın cəzaları təkcə axirətə aid deyil.
7. Bəzən insanın canını qorumalı olan möhkəm bina onun üçün gora çevrilir.
8. Allahın qəhr-qəzəbinin zaman və məkanını öncədən müəyyənləşdirmək mümkünsüzdür.