NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Onlardan "Rəbbiniz nə nazil edib?” soruşulduqda "keçmişlərin əfsanələridir” deyə cavab verərlər.”
Nöqtələr
"Əsatir” sözü ya "usturə” sözünün cəm forması olub hekayə və xurafat əfsanə mənasını bildirir, ya da "əstar” sözünün cəm forması olub əsas nüsxənin surətinin sətirləri mənasını bildirir. Bu söz Quranda 9 dəfə kafirlərin dilindən nəql olunmuşdur. Bütün hallarda "əvvəlin” sözü ilə yanaşı işlənmişdir. Yəni "bu sözlər təzə deyil və əvvəlkilərin quramalarıdır.”
Bugünkü sosioloqların da bəziləri dini cəhalət və xurafatdan qaynaqlanmış cərəyan sayırlar. Bu söz həm də həqiqi dinin üsulunda yer tapmış və həqiqi dinlə heç bir əlaqəsi olmayan xurafatlara işarə ola bilər.
Bildirişlər
1. Peyğəmbərlərin və səmavi kitabların göndərilməsi xalqın hidayət və tərbiyəsi ilə bağlı Allahın rübubiyyət şənindəndir.
2. Təkəbbürlü insanların xasiyyəti qarşı tərəfi təhqir etməkdir. Onlar bəzən əqidə məktəbini, bəzən rəhbəri, bəzən də bütöv bir ümməti təhqir edirlər.
3 Quranın müəyyən bir hissəsi əhvalatlardan ibarət olsa da, bunlar kitab nazil olan xalqın tanımadığı qövmlər və peyğəmbərlər haqqındadır. Bu sayaq əsaslı məlumatları keçmişlərin uydurması saymağa əsas nədir?!