Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 29-cu Ayə

Surə 16
Ayə 29

Azərbaycan dilində tərcümə

Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!
Ən-Nəhl surəsi , 29-cu ayə
Ən-Nəhl surəsi 29-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 29-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 29

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun. Həqiqətən, təkəbbürlülərin yeri necə də pisdir.”
Nöqtələr
Mələklər kafirlərin canlarını alarkən onlar həm İslamı qəbul, həm də öz çirkin keçmişlərini inkar edirlər. Amma nə həmin imanın, nə də həmin inkarın faydası var. Çünki hər iki iş məcburiyyət üzündən edilir. Allah onların işlərindən agahdır.
Bildirişlər
1. Ölüm yoxluq yox, ruhun cisimdən ayrılmasıdır.
2. İşi vasitə ilə həyata keçirmək Allahın sünnəsi, qanunudur.
3. Küfr və şirk şəxsin öz insanlığına zülmüdür.
4. İnsan bir gün məcbur qalaraq təslim olur.
5. Canvermə məqamı mömin və kafir üçün həssas bir məqamdır.
6. Cəhənnəmin müxtəlif qapıları var, hər günahkar bir qapıdan daxil olur.
7. Küfrün kökü təkəbbür ruhiyyəsidir.