Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 32-ci Ayə

Surə 16
Ayə 32

Azərbaycan dilində tərcümə

O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.
Ən-Nəhl surəsi , 32-ci ayə
Ən-Nəhl surəsi 32-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 32-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 32

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Şirk və günah çirkinliyindən) pak olanlara onların canını alan mələklər deyər: "Salam olsun sizə! Gördüyünüz işlərin mükafatı olaraq behiştə daxil olun.”
Nöqtələr
Küfr və şirk əhli haqqında olan ötən ayələrə əsasən, "təyyibin” sözü şirk və günahdan uzaq olan təqva əhlinə işarədir. "Təyyib” dedikdə istənilən kin və qatqıdan uzaqlıq, kamillik və xeyir əməllə zinətlənmə nəzərdə tutulur.
Bildirişlər
1. Bəzilərinin cəzalandırılması və ya mükafatlandırılması ölüm anından başlayır. Rəvayətlərdə deyilir ki, qəbir ya cəhənnəm dərəsi, ya behişt bağıdır.
2. Ölüm yoxluq yox, ruhun çıxarılmasıdır.
3. Mələklər Allahın məmurlarıdırlar. Allahın hər iş üçün məmurları vardır.
4. Pak insanların ölümü mələklərin salamı ilə müşayiət olunur.
5. Salam vermək mələklərin şüarı və ərş ədəbidir. (Salamda dua, salamatlıq, əmin-amanlıq var.)
6. Behişti bəhanəyə yox, bahaya (dəyərinə) verirlər.