Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 50-cu Ayə

Surə 16
Ayə 50

Azərbaycan dilində tərcümə

Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.
Ən-Nəhl surəsi , 50-cu ayə
Ən-Nəhl surəsi 50-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Onlar hakim və əhatə edən Allahdan qorxar, Onun əmrlərini yerinə yetirərlər.”
Nöqtələr
"Dabbə” dedikdə bir məkandan digərinə hərəkət edən canlı nəzərdə tutulur. Bu söz insana, heyvana və cinə aid edilir. Mələklər isə bu dairəyə aid deyil.
Göydə və yerdə olan bütün mövcudların səcdəsi dedikdə, ya onların təbiət qanunları qarşısında təslimçiliyi, ya da şüurlu səcdəsi nəzərdə tutulur. Bizim düşüncəmizə sığmasa da, ayələrin zahirindən ikinci məna təsdiqlənir.
Əgər Allah qarşısında bütün mövcudlar da mələklər kimi səcdədədirsə, nə üçün biz insanlar səcdə etməyək?!
Hökmünə müti olub hamı itaətdə ikən,
İnsaf olmaz çəkinib haqqa boyun əyməyəsən.
Bildirişlər
1. Varlıq aləmi yalnız vahid Allahın qarşısında müti dayanıb səcdə edir.
2. Göylərdə də diri və hərəkətdə olan mövcudlar var.
3. Mələklər Allah qarşısında tam təslimdirlər.
4. İnsan Allahdan öz günahlarına görə qorxursa, mələklər yalnız Onun məqam və əzəmətindən çəkinirlər.
5. Mələklərin nə ruhunda, nə də əməlində təkəbbür var.
6. İlahi göstərişlərdən boyun qaçırmağın kökü təkəbbürdür. Bu kök qırıldıqda əməl başlayar.
7. Mələklər Allahın məmurlarıdır və vəzifə daşıyırlar.