NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allah buyurdu: "İki məbud götürməyin. Yalnız Odur yeganə məbud. Belə isə, yalnız Məndən qorxun.”
Nöqtələr
"İki məbud götürməyin” əmrindən belə bir nəticə çıxmır ki, üç məbud götürmək olar. Azın qadağasında çoxun da qadağası var. Bu təbirdə başqa məqsəd də ola bilər: müşriklər belə düşünürdülər ki, bir məbud yaradır, digər məbud isə idarə edir. Onlar idarə edən məbuda ibadət edirdilər.
Bir neçə ayə öncə müşriklərin "Əgər Allah istəsəydi, biz müşrik olmazdıq” bəhanəsi yada salındı. Bu ayədə isə belə deyilir: "Allah sizə şirki qadağan etmişdir.” Bəs necə ola bilər ki, Allah kiminsə müşrik olmasını istəsin?!
Bildirişlər
1. Tərbiyə prosesində öncə xurafatlı düşüncə tərzini aradan qaldırmaq lazımdır. Yalnız bundan sonra haqq söz təsir edə bilər.
2. İki məbuda ibadət batildirsə, ikidən çox məbuda ibadət haqq ola bilməz.
3. Yaradan və idarə edən kimi iki məbuda etiqad (xeyir və şər, Hörmüz və Əhrimən) batildir.
4. Batilin inkarı və haqqın sübutu üçün təkid lazımdır.
5. Allahdan qeyrisindən qorxmaq şirkdir.