Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 66-cı Ayə

Surə 16
Ayə 66

Azərbaycan dilində tərcümə

Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan r mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik.
Ən-Nəhl surəsi , 66-cı ayə
Ən-Nəhl surəsi 66-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 66-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 66

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Şübhəsiz, dördayaqlılarda (davarda) sizin üçün ibrət var. Biz sizi onların içində olan həzm olmuş qida ilə qan arasındakı, içmək üçün dadlı südlə sirab edirik.”
Nöqtələr
Allah yalnız səma qatları arasından həyat səbəbi olan su yox, həm də heyvanların daxilindən həyat səbəbi olan süd çıxarır.
"Fərs” dedikdə həzm olunmuş qida nəzərdə tutulur. "İbrət” dedikdə cəhalətdən çıxmaq vasitəsi başa düşülür.
"Ənam” sözü cəm formada olsa da, "butunihi” sözü tək halda işlədilmişdir. Çünki bütün dördayaqlılar yox, onlardan bir vahidi nəzərdə tutulur.
Süd həm su, həm də qida yerinə işlədilən kamil bir qidadır. Bu nemət bədənin bütün ehtiyaclarını ödəyir. Rəvayətdə oxuyuruq ki, süd əqli artırır, zehni gücləndirir, gözlərə işıq verir, qəlbi qüvvətləndirir, beli bərkidir, yaddaşsızlığı azaldır.
Dördayaqlılar insanın təkcə maddi ehtiyaclarını yox, həm də bir sıra mənəvi ehtiyaclarını ödəyir.
Necə ola bilər ki, otdan süd çıxaran Allah qiyamətdə torpaqdan insanı çıxara bilməyə?! Necə ola bilər ki, qanla həzm olmuş qida arasından xalis süd hasil edən Allah saleh əməli qeyri-saleh əməldən seçə bilməyə?!
Otun südə çevrilməsi üçün dördayaqlının orqanizmində ayırıcı, mikroböldürücü, təhlükəli maddələri zərərsizləşdirici, şirinləşdirici, qızdırıcı, yağlayıcı, rəngləyici qurğulara ehtiyac var. Necə ola bilər ki, neftayırma zavodunun mühəndisə ehtiyacı olsun, amma süd istehsal edən qurğunun yaradana ehtiyacı olmasın?!
Müxlis insan o insandır ki, eniş-yoxuşlardan, ictimai-siyasi cərəyanlardan, müxtəlif dostlar arasından keçdikdə onların rəngini götürməsin.
Hər hansı halal içkini dadlı edən onun saflığıdır. Su istənilən bir qatqıdan təmiz olduqda içməli olur.
Su təkcə insan üçün yox, bütün canlılar üçün tamlı olmalıdır.
Müasir dünyada belə bir faktla rastlaşırıq ki, özünü sivil adlandıran ölkələr istifadə vaxtı ötmüş ərzaqları yoxsul ölkələrə göndərirlər.
Südün insan tərəfindən istifadəsi onu göstərir ki, heyvanı xəlq edib onun daxilində süd qərar verən kəs elə bizi də yaradan və ehtiyaclarımızı bilən kəsdir.
Həzrət Əli (ə) "Nəhcül-bəlağə”nin 25-ci məktubunda zəkat toplayan məsula belə yazır: "Zəkat toplamağa gedəndə bəzi qaydalara əməl etməlisən. O cümlədən: heyvanın döşündə balası üçün bir qədər süd saxlamalı, heyvanı balasından ayırmamalı, yolda yorğun heyvana istirahət verməli, heyvanı otdan-sudan məhrum qoymamalısan.”
Heyvanı kötəkləmək, uzun dırnaqlı barmaqlarla sağmaq, heyvandan həddindən artıq istifadə etmək, heyvana zülm etmək qadağandır. Quranda oxuyuruq ki, həzrət Süleyman - cin və ins onun hökmü altında olan bu əzəmətli şəxs - heyvanlara mərhəmət göstərər, mübarək əlini onların boynuna və ayağına çəkərmiş.”
Bildirişlər
1. Heyvanda süd istehsalı sistemi, bu südün həzm olmuş qida ilə qan arasından xaric olması insan üçün ibrət dərsidir.