NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Bütləri Allaha tay saymayın. Həqiqətən, Allah bilir, siz isə xəbərsizsiniz.”
Nöqtələr
Müşriklər Allahı padşah, bütləri Onun vəziri kimi qəbul edirdilər. Ayədə bu sayaq təsəvvürlər inkar olunur.
Şair Qaani deyir:
Bütün varlıq fəqət Səndən yaranmış, Cansız torpaq səndən gücünü almış. Hökmün altındadır bütün kainat, Bizimçün Sən varsan, Sənin üçün zat. Varlığın varlığa duymaz ehtiyac, Oxşarsızsan, Sənə tapılmaz məcaz. |
Bildirişlər
1. Məbud həm ruzi verən, həm də qüdrətli olmalıdır. Ona qoşulan şəriklərdə isə bu səciyyələr yoxdur.
2. Bütlər və yalançı məbudlar nə bu gün ruzi verir, nə də gələcəkdə ruzi verəsidir.
3. Sizin uydurma məbudlarınız nə səmadan yağış endirə bilər, nə də torpaqdan bitki düzəltməyi bacarar.
4. Saxta məbudlar nəinki böyük, hətta kiçik işlərə də qadir deyildirlər.
5. Allahla bağlı bənzətmələrin kökü insanın cəhalətidir.