Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 72-ci Ayə

Surə 16
Ayə 72

Azərbaycan dilində tərcümə

Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!
Ən-Nəhl surəsi , 72-ci ayə
Ən-Nəhl surəsi 72-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 72-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 72

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allah sizin üçün öz cinsinizdən zövcələr qərar verdi. Zövcələrinizdən sizin üçün övladlar ərsəyə gətirdi. Pak şeylərdən sizə ruzi verdi. Yoxsa batilə inanır, Allahın nemətlərini inkar edirlər?”
Nöqtələr
Təbərinin təfsirində oxuyuruq ki, "həfədə” dedikdə kürəkən, övlad, nəvə, hətta xidmətçi və arvadın başqa ərdən olan övladı nəzərdə tutula bilər. "Əl-Mizan” təfsirində deyilir ki, "həfədə” "hafid” sözünün cəm forması olub, əməldə sürət mənasını bildirir. Övladlar öz valideynlərinin köməyinə tələsdiyindən onlara "həfədə” deyilmişdir.
Sual: Nə üçün bu ayədə qız övladlar qeyd olunmur?
Cavab: "Bənun” dedikdə həm oğlan, həm də qız övladlar nəzərdə tutula bilər. Qız övladlar "təyyibat” sözü ilə də xatırlana bilər. Çünki "Nur” surəsinin 26-cı ayəsində məhz bu söz qadın cinsinə işarədir. Qız nəvəyə "həfədə” sözü ilə işarə olunduğundan qız övladların ayrıca zikr olunması da mümkündür.
Bildirişlər
1. Zövcə və övlad ilahi nemətlərdəndir. (Zövcə aramlıq, övlad isə ümid səbəbidir).
2. Ərlə arvad arasındakı bağlılıq ilahi lütf və hikmətlərdəndir.
3. İzdivac hikmətli bir ilahi proqramdır.
4. Allah həm mənəvi, həm də maddi ehtiyacları təmin edir.
5. Ruzinin xoşagəlimli olması Allahın hikmətli lütflərindəndir.
6. İzdivacı tərk etmək, doğuşun qarşısını almaq, halalları haram etmək batilə meyl və nankorluqdur.
7. Zövcə və halal ruzi olan yerdə zina və haram yemək nankorluqdur.
8. İnsanda özündən xatirə qoymaq meyli var.
9. Nemət və lütfləri xatırlamaqla öncə qarşı tərəfdə hazırlıq yaradın, sonra tənqidə keçin.