Əsas məzmuna keç

Ən-Nisa surəsi - 10-cu Ayə

Surə 4
Ayə 10

Azərbaycan dilində tərcümə

Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar.
Ən-Nisa surəsi , 10-cu ayə
Ən-Nisa surəsi 10-cu ayə
Tam Surə

Ən-Nisa surəsi 10-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 10

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, yetimlərin malını sitəmlə yeyənlər qarınlarına atəş tökürlər. Onlar tezliklə şölələnmiş alova daxil olacaqlar.”
Nöqtələr
Əllamə Təbatəbai bu ayəni əməllərin qiyamətdə təcəssüm dəlili saymışdır. Çünki Quranda buyurulur: «Yetimin malı atəş şəklinə düşüb onu yeyəni yandırar.»
Bildirişlər
1. Dünyada yetimin malını yeməyin əsil çöhrəsi qiyamətdə od yemək şəklində aşkar olacaq.
2. Yetimlərə zərər olmazsa, onların evində olub süfrələrində yeməyin eybi yoxdur.