Əsas məzmuna keç

Ən-Nisa surəsi - 126-cı Ayə

Surə 4
Ayə 126

Azərbaycan dilində tərcümə

(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.
Ən-Nisa surəsi , 126-cı ayə
Ən-Nisa surəsi 126-cı ayə
Tam Surə

Ən-Nisa surəsi 126-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 126

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Göylərdə və yerdə olan yalnız Allaha məxsusdur. Allah daim hər şeyi əhatə edir.”
Nöqtələr
Allah bütün məxluqunu tam şəkildə əhatə edir. Qəhr və qələbə əhatəsi, elm və tədbir əhatəsi, yaradılış və dəyişmə əhatəsi uyğun əhatələrdəndir.
Bildirişlər
1. Əgər hər şey Allahındırsa, yalnız Onun hikmətə əsaslanan iradəsi qarşısında təslim olaq. (Əvvəlki ayəyə işarə)
2. İbrahimin dost olaraq seçilməsi (əvvəlki ayədə) Allahın ehtiyacına görə deyil. Seçilmiş insanlar da Onun mülküdür.
3. Elm ilə müşayiət olunan və öz mülkünü kamil şəkildə əhatə edən mütləq malikiyyət Allaha məxsusdur.