NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 127
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
«Qadınlar (onların irsi) haqqında səndən fətva istəyirlər. De ki, onlar haqqında Allah sizə fətva verər. Sizin üçün oxunan Quran ayələri haqqını vermədən evlənmək istədiyiniz yetim qadınlar, müstəzəf uşaqlar haqqındadır. (Sizə fətva verir ki,) yetimlərlə insaflı rəftar edin. Gördüyünüz bütün xeyir işlərdən Allah agahdır.»
Bildirişlər
1. Qadın haqları mövzusu ilkin İslam dövrü müsəlmanlarının müzakirə mövzularından olmuşdur.
2. Qadınların, uşaqların və yetimlərin haqlarının daimi müdafiəsi onlara tarix boyu zülm edilməsinin nişanəsidir.
3. Qadın haqlarının müdafiəsi Allahın dəyişməz hökmüdür.
4. Qanun Allah tərəfindən verilir, peyğəmbər tərəfindən bəyan olunur. Peyğəmbər Allahın hökmlərini bəyan etməyə borcludur.
5. Cahil ənənələrini qəti fətvalarla aradan götürmək lazımdır.
6. Cahilanə düşüncələrə əsasən qadınları irsdən məhrum etməyin.
7. Allah qadınları mülkiyyət sahibi bilmiş və onlar üçün irs müəyyənləşdirmişdir.
8. Yetim qızlarla izdivaca maraqsızlıq onları irsdən məhrum etməklə eyni cərgədədir. Eləcə də, onların irsinə sahib olmaq üçün izdivaca meyl bir növ onlara zülmdür. (Həm meylli olmaq, həm meylsiz olmaq mənasında.)
9. Yetimlərin haqqını qorumaq hamının vəzifəsidir.
10. Müsəlman cəmiyyət yetimlərə münasibətdə ədaləti təmin etmək üçün qiyama qalxmalıdır.
11. Yetimlə ədalətli rəftar xeyir iş nümunəsidir.
12. Məhrumlara xidmət və onların himayəsi unudulmur.
13. İlahi elmə (Allahın xəbərdarlığına) iman xeyir iş üçün ən yaxşı təşviqdir.
14. Allah hadisə baş verməmiş ondan xəbər tutur.