Əsas məzmuna keç

Ən-Nisa surəsi - 13-cü Ayə

Surə 4
Ayə 13

Azərbaycan dilində tərcümə

Bunlar Allahın sərhədləridir (Onun sərhəd kimi pozulmaz hökmləridir). Kim Allaha və Onun peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından həmişə çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Budur böyük uğur və nailiyyət!
Ən-Nisa surəsi , 13-cü ayə
Ən-Nisa surəsi 13-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 13-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 13

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O (deyilənlər,) ilahi hədlərdir. Hər kəs Allaha və Onun rəsuluna itaət etsə, (Allah onları) ağacları altından çaylar axan bağlara daxil edər. Onlar həmişə orada qalarlar. Budur böyük qurtuluş!”
Bildirişlər
1. İrs hökmləri ilahi hüdudlardandır. Bu sərhəddi aşmaq olmaz.
2. Allahın rəsuluna itaət Allaha itaət yerindədir.
3. Səadət və qurtuluş irsdən daha çox kam almaqda yox, ilahi yolda hərəkətdədir.