NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 145
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Şübhəsiz, münafiqlər odun (cəhənnəmin) ən aşağı dərinliyindədirlər. Onlar üçün heç vaxt heç bir köməkçi tapmazsan.”
Nöqtələr
Dənizin ən dərin nöqtəsi "dərk” adlanır. Dərindən başa düşülmüş bir mətləb haqqında "dərk olundu” deyirlər. Üzüaşağı gedən pillələr "dərk”, üzüyuxarı gedən pillələr "dərəcə” adlanır. Necə ki, behiştin dərəcələri, cəhənnəmin dərkləri var.
Bildirişlər
1. Cəhənnəmdə münafiqlərin yeri kafirlərin yerindən də pisdir.
2. Cəhənnəmin mərtəbələri və dərəcələri var.
3. Qiyamətdə münafiqlərin qurtuluşu üçün yol yoxdur.
4. Münafiqlər heç bir şəfaətə nail olmazlar.