Əsas məzmuna keç

Ən-Nisa surəsi - 146-cı Ayə

Surə 4
Ayə 146

Azərbaycan dilində tərcümə

Tövbə edib (öz vücudlarının cövhərindən və əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan (və Onun kitabından) möhkəm yapışanlar və dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir.
Ən-Nisa surəsi , 146-cı ayə
Ən-Nisa surəsi 146-cı ayə
Tam Surə

Ən-Nisa surəsi 146-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 146

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O şəxslər istisnadır ki, tövbə etmiş, (keçmişlərini) islah etmiş, Allaha pənah aparmış, ixlasla Allah üçün dinə üz tutmuşlar. Onlar möminlər zümrəsindədirlər. Allah tezliklə möminlərə böyük mükafat verəcək.”
Bildirişlər
1. Tövbə yolu hətta münafiqlər üçün də açıqdır. Tövbə onları cəhənnəmin ən aşağı qatından behiştin ən yuxarı qatına qaldıra bilər.
2. İnsan azaddır və öz istiqamətini agah şəkildə dəyişə bilər.
3. Ən sərt hədələrlə yanaşı xalqa ümid verin.
4. Tövbə təkcə peşmançılığın izharı deyil. Tövbə hərtərəfli yenidənqurmadır.
5. Hər bir günahın tövbəsi bir şəkildədir. Münafiqin tövbəsi baş vermiş təxribatı aradan qaldırmaq, Allahdan qeyrisinə üz tutmaq əvəzində Allaha bağlanmaq və xalislikdir.
6. Əqidə və düşüncədə qatqı qadağandır.
7. Tövbə etmiş münafiqlər öz həmfikirlərindən ayrıldıqda qürbət hiss etməsinlər. Çünki onlar daha üstün dostlar tapmışlar.
8. Möminlər həqiqi tövbəkarları gülər üzlə qarşılayır, onları özlərindən sayırlar.