Əsas məzmuna keç

Ən-Nisa surəsi - 147-ci Ayə

Surə 4
Ayə 147

Azərbaycan dilində tərcümə

Əgər şükr etsəniz və iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna nə ehtiyacı və bunun Ona nə xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran)(hər şeyi) biləndir.
Ən-Nisa surəsi , 147-ci ayə
Ən-Nisa surəsi 147-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 147-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 147

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab istəsin? Bir halda ki, Allah daim haqtanıyan və biləndir.”
Bildirişlər
1. İlahi cəzalar ilahi ədalətə əsaslanır. İlahi cəzada intiqam, qüdrətin nümayişi məqsədləri yoxdur. Əzabı doğuran insanın özüdür.
2. Allahın nemətlərinin tanınması və onlar müqabilində şükür edilməsi dəvətin qəbulu və iman zəminəsidir.
3. İnsanın şükür etməsinin ən bariz cilvəsi Allaha imandır.
4. Şükür həm qəzəbdən qurtuluşa, həm də daha çox lütf qazanılmasına səbəb olur.
5. Əgər şükür etsəniz, Allah da sizə münasibətdə haqqı itirməz.
6. Allah ehtiyacsız olsa da, Öz bəndəsinə təşəkkür edir. Biz nə üçün Ona şükür etməyək?!