Əsas məzmuna keç

Ən-Nisa surəsi - 152-ci Ayə

Surə 4
Ayə 152

Azərbaycan dilində tərcümə

Allah tezliklə Ona və Onun peyğəmbərlərinə iman gətirib onların heç biri arasında ayrı-seçkilik salmayan (onların hamısını təsdiq edən) kəslərin mükafatlarını verəcəkdir. Allah həmişə çox bağışlayan və mehribandır.
Ən-Nisa surəsi , 152-ci ayə
Ən-Nisa surəsi 152-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 152-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 152

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allaha və Onun rəsullarına iman gətirib, onların heç biri arasında ayrılıq salmayan kəslər o kəslərdir ki, tezliklə mükafatları onlara verilər. Allah daim bağışlayan və mehribandır.”
Bildirişlər
1. Allaha və bütün peyğəmbərlərə iman zəruridir. Peyğəmbərlərin dərəcələri və vəzifələri fərqli olsa da, onların hər birinə iman gətirmək vacibdir.
2. Bütün varlığımız, əldə etdiyimiz yardımlar, imkanlarımız, istifadə etdiyimiz vasitələr Allahdandır. Buna baxmayaraq Allah yenə də mükafat verir.
3. Allah mükafat verərkən bizim nöqsanlarımızı hesaba almır.