Əsas məzmuna keç

Ən-Nisa surəsi - 153-cü Ayə

Surə 4
Ayə 153

Azərbaycan dilində tərcümə

Kitab əhli səndən onlar üçün səmadan bir kitab endirməyini istəyirlər! Əlbəttə onlar Musadan bundan da böyüyünü istəyib «Allahı aşkar şəkildə bizə göstər!» dedilər. Beləliklə zülmlərinə görə onları ildırım vurdu. Yenə onlara aşkar dəlillər gəldikdən sonra buzovu özlərinə tanrı etdilər. Onda Biz bundan da keçdik və Musaya aydın dəlil-sübut (və aşkar qüdrət) verdik.
Ən-Nisa surəsi , 153-cü ayə
Ən-Nisa surəsi 153-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 153-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 153

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَن ذَلِكَ وَآتَيْنَا مُوسَى سُلْطَانًا مُّبِينًا
"Kitab əhli səndən onlar üçün səmadan kitab və bir yazı endirməyini istəyir. Şübhəsiz ki, Musadan bundan da böyüyü istənilmişdi. (Musaya) dedilər: Allahı bizə aşkar göstər!” Zülmlərinin cəzası olaraq onları bir şimşək bürüdü. Sonra onlara aşkar bir möcüzə gəlməsinin ardınca buzovpərəstlik yolunu tutdular. (Tövbədən sonra) Biz bu günahdan da keçdik və bağışladıq. Musaya aşkar bir höccət verdik.”
Nöqtələr
Yəhudilər peyğəmbərdən Quranın Tövrat kimi birdəfəyə nazil olmasını istəyirdilər. Bu yalnız bir bəhanə idi. Allah onların cavabında buyurdu: "Hətta Quranı bütövlükdə, toxunulası bir namədə endirsək, kafirlər onu cadu sayarlar.”("Ənam”, 7. )
İman gətirməkdə kafirlərin bəhanələri bir-birinə oxşayır. Müşriklər də Allahın rəsulundan eynən bunu istəyirdilər.(Bax: "İsra”, 93. )
Bildirişlər
1. Əcdadlarının bəyənilməmiş əməlləri, düşüncələri və əxlaqı gələcək nəsillər üçün pis nümunə olur.
2. Bəni-İsrail haqq axtarışında deyildi. Onlar haqq axtarsaydılar, möcüzələrdən sonra buzovpərəstlik ardınca getməzdilər.
3. Kafirlərin iman gətirməməsi sizi narahat etməsin. Çünki bütün peyğəmbərlərin ətrafında inadkar adamlar olmuşdur.
4. Allah gözlə görünmür. Allahı gözlə görmək istəyi də zülmdür.
5. Haqqın inkarı və əqidə azğınlığı elə bu dünyada Allahın qəzəbi ilə nəticələnir.
6. İlahi rəhmət hətta buzovpərəstlik günahını da bağışlayır.
7. Peyğəmbərlər Allah tərəfindən himayə olunur.