NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 154
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Biz Tur dağını onlardan (Bəni-İsraildən) əhd almağa xatir başlarının üzərində qərar verdik və onlara dedik: «Səcdə edən halda o qapıdan daxil olun.» Sonra dedik: «Şənbə günü (Allahın hökmlərini) pozmayın.» Onlardan möhkəm əhd aldıq.”
Nöqtələr
Bu ayənin oxşarı "Bəqərə” surəsinin 63 və 93-cü, eləcə də, "Əraf” surəsinin 171-ci ayəsində bəyan olunmuşdur.
«Allahın Bəni-İsraillə əhdi» dedikdə, "Bəqərə” surəsinin 40 və 84-cü, "Maidə” surəsinin 12-ci ayəsində qeyd olunanlar nəzərdə tutulur.
Müqəddəs məkanların xüsusi qaydaları var. Tur dağı, peyğəmbərlərin evləri, məscidlər, Məscidül-Həram, Kəbə haqqında xüsusi göstərişlər verilmişdir.(Bax: "Taha”, 12; "Əhzab”, 53; "Əraf”, 31; "Tövbə”, 28; "Bəqərə”, 125. )
Fiqh kitablarında və hədis mənbələrində məscidlərlə bağlı digər qaydalar da bəyan olunmuşdur.
Bildirişlər
1. Tərbiyə prosesində bəzən qorxudan da istifadə olunur.
2. Tətil və ibadət vaxtında işə məşğul olmaq həddi aşmağın bir növüdür.