NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Hər biriniz o birinizdən kam apardığı və zövcələriniz sizdən möhkəm əhd aldığı bir halda, həmin malı necə geri alırsınız?!”
Bildirişlər
1. Nəhy əz münkər zamanı (pis işlərə qadağa qoyarkən) insani hisslərdən bəhrələnmək lazımdır. Siz ki, öz zövcənizlə kamil əlaqədə olub, ondan kam almısınız, nə üçün indi haqsız yerə onun mehriyyəsini geri alırsınız?!
2. Həyat çətinlikləri zamanı xoş günləri və anları xatırlamaq lazımdır.
3. Ailə məsələlərinin bəyanında ədəbi gözləyək.
4. Mehriyyə yaxınlıq müqabilində qadın üçün təyin olunmuş haqdır.
5. İzdivac əqdi möhkəm bir əhddir.
6. Mehriyyəni geri almaq əhdi pozmaqdır.