Əsas məzmuna keç

Ən-Nisa surəsi - 44-cü Ayə

Surə 4
Ayə 44

Azərbaycan dilində tərcümə

Məgər kitabdan (səmavi kitab olan Tövrat və ya İncil elmindən) bir pay verilmiş kəsləri görmədin ki, (həmin kitablardakı mətləbləri gizlətmək və təhrif etməklə öz qövmləri üçün) azğınlığı necə alır və sizin də haqq yoldan azmağınızı istəyirlər?!
Ən-Nisa surəsi , 44-cü ayə
Ən-Nisa surəsi 44-cü ayə
Tam Surə

Ən-Nisa surəsi 44-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 44

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Məgər Allahın Kitabından bəhrə verilmiş kəsləri görmədinmi?! Hidayət əldə etmək əvəzinə azğınlığı satın alırlar və sizin də yoldan azmağınızı istəyirlər.”
Bildirişlər
1. Hidayət üçün təkcə səmavi kitaba bələdçilik kifayət deyil.
2. Kitab əhli alimlərinin ilahi təlimlərdən xəbərdarlığı nöqsanlıdır. Həmin nöqsan onların azğınlığına səbəb olmuşdur.
3. Azğın alimlər öz elm və məqamlarından sui-istifadə edib başqalarını da azdırmağa çalışırlar.