Əsas məzmuna keç

Ən-Nisa surəsi - 42-ci Ayə

Surə 4
Ayə 42

Azərbaycan dilində tərcümə

Həmin gün kafirlər və Allahın elçisinə itaətsizlik edənlər arzu edərlər ki, kaş yerlə (torpaqla) yeksan olaydılar! Allahdan heç bir sözü gizlədə bilməzlər.
Ən-Nisa surəsi , 42-ci ayə
Ən-Nisa surəsi 42-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 42-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 42

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Belə bir gündə küfrə batıb, peyğəmbərə itaətsizlik göstərən kəslər torpaqla bir olmağı arzu edərlər. Onlar Allahdan heç bir söz gizləyə bilməzlər.”

 

Nöqtələr
Günahkar kafirlər şahidlər gətirilməmişdən öz günahlarını və fəsadlarını inkar edərlər. Onlar etdikləri işləri boyunlarından atıb deyərlər: «And olsun Allaha biz müşrik deyildik.»("Ənam”, 23. ) Amma elə ki, şahidlər həqiqəti söyləyərlər, artıq qaçmağa yer qalmaz.
Quran ayələrində günahkarların həsrət dolu arzuları belə bəyan olunur: Kaş torpaq olaydım. Kaş torpağa qatılaydım. Kaş filankəslə dost olmayaydım. Kaş dünyada düşüncə sahiblərindən olaydım. Kaş həmin ölümlə yox olmuş olaydım...
Bildirişlər
1. Peyğəmbər göstərişlərinə itaətsizlik Allaha küfr cərgəsində dayanır.
2. Qiyamət günü həsrət və arzu günüdür.
3. Qiyamət günü heç bir söz və mətləb gizli qalmaz.