Əsas məzmuna keç

Ən-Nisa surəsi - 78-ci Ayə

Surə 4
Ayə 78

Azərbaycan dilində tərcümə

Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara (münafiqlərə) bir yaxşılıq (sərvət, firavanlıq və qənimət) yetişəndə «bu, Allah tərəfindəndir» deyərlər, bir pislik (yoxsulluq, xəstəlik və məğlubiyyət) yetişəndə isə «bu, sənin tərəfindəndir (sənin nəhsliyinin ucbatındandır)» deyərlər. De: «Bunların hamısı Allah tərəfindəndir» (dünyada baş verən bütün hadisələr birbaşa Onun istək və iradəsi ilədir, lakin onları yaradan səbəblər müxtəlifdir). Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər?
Ən-Nisa surəsi , 78-ci ayə
Ən-Nisa surəsi 78-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 78-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 78

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Harada olsanız ölüm sizi yaxalayar. Hətta möhkəm qalalarda olsanız da. Onlara (münafiqlərə) yaxşılıq və qələbə yetişdikdə deyirlər: "Bu, Allah tərəfindəndir.” Bir pislik yetişdikdə isə deyirlər: "Bu, sənin tərəfindəndir.” De ki, hər şey Allah tərəfindəndir. Bu qövmə nə olub ki, heç bir sözü anlamaq iqtidarında deyil?”
Nöqtələr
Bu ayə həm cihada təşviq edir, döyüş qorxusunun qarşısını alır, həm də münafiqlərin pis falına cavab verir. Onlar məsələləri düzgün araşdırıb dərk etmək əvəzinə müvəffəqiyyətsizliklərin günahını peyğəmbərin boynuna atırlar.
Bildirişlər
1. Ölümün qəti olduğunu biliriksə, nə üçün döyüşdən qaçmalıyıq?!
2. Rəhbəri bədnam etmək münafiqlərin faydalarındandır.
3. Məsuliyyəti boyundan atıb büdrəmələrə don geyindirməklə öz günahlarımızı başqalarının boynuna atmamalıyıq.
4. Qələbə və məğlubiyyətlər, ölüm və həyat, aclıq və şirinliklər Allahın hikmətli müqəddərat dairəsindən kənar deyil.
5. Bütün acı və şirin hadisələrin mənşəyi Allahdır. Əhrimən, Yəzdan kimi inanclar boş şeydir.
6. Münafiqlər inadkardırlar və haqq sözü qəbul etmirlər.
7. Allahı hər şeyin mehvəri bilmək üçün insanın dəqiq və dərin təfəkkürə ehtiyacı var.
8. Tövhid və Allahın mehvər olmasını dərk etməyənlər heç bir maarifi dərk edə bilməzlər.